|
İki avtomobil toqquşdu: yaralılar var
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com xəbər verir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. 
 
“Kia” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmayıb. Nəticədə o, Aydın Əsgərovun idarə etdiyi BMW markalı avtomobilə çırpılıb. Qəza zamanı BMW-nin sürücüsü Aydın Əsgərov və sərnişini, 1997-ci il təvəllüdlü Elşən Nurəliyev xəsarət alıblar. Yaralılar 1 saylı Şəəhər Kliniki Xəstəxanasına aparılıblar. 
 
Xəstəxanadan musavat.com-a verilən məlumata görə, A.Əsgərova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. E.Nurəliyevin isə vəziyyəti orta ağırdır. 
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 
cia.az