|
CAR Beynəlxalq Cinayət Məhkəməsini tərk edir

Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığın dayandırılması üçün ərizə verib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə CAR-ın xarici işlər naziri Maite Nkoana-Maşabane tərəfindən oktyabrın 19-da imzalanmış sənəddə bildirilir. "CAR aşkar edib ki, münaqişələrin sülh yolu ilə həllinə dair üzərinə götürdüyü öhdəliklər bəzən BCM-nin təklif etdiyi interpretasiya ilə bir araya sığmır", — deyə sənəddə qeyd olunur. Bildirilir ki, respublikanın təşkilat ilə əməkdaşlıqdan imtina etməsi bir ildən sonra qüvvəyə minəcək. O, Brundidən sonra təşkilatı tərk edəcək ikinci ölkə olacaq. BCM 2002-ci ildə təsis edilib. 
 
Bəşəriyyətə qarşı törədilən cinayətlər, həmçinin hərbi cinayətlərə dair işləri araşdıran orqana 124 ölkə üzvdür.
cia.az