|
Bakıda tanışların mübahisəsi qanla bitdi
Bakıda bıçaqlanma hadisəsi baş verib. Musavat.com xəbər verir ki, Nizami rayonunda iki tanış arasında insident yaranıb. 

Tanışlardan biri digərinin yaşadığı ünvana gələrək, mübahisə edib. Hadisə ötən gecə Bəhruz Nuriyev küçəsində qeydə alınıb. 5 saylı binanın qarşısında Rüfət adlı şəxs mübahisə zəminində tanışı, 1992-ci il təvvəllüdlü Aqşin Əliyevə bir neçə bıçaq zərbəsi vurub. 
 
Ağır yaralanan A.Əliyev xəstəxanaya çatdırılıb. Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir. 
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırmalara başlanılıb. Tanışların sonu qanla bitən mübahisəsinin motivi hələlik bəlli deyil.