|
Bakı sakini piyada keçidindən keçərkən ölüb
Bakının Səbail rayonunda yolu keçən şəxs qəfildən dünyasını dəyişib.
 
"Report"un məlumatına görə, hadisə 20-ci sahə adlanan ərazidə qeydə alınıb.
 
1957-ci il təvəllüdlü Cəfərov Vəli Lətif oğlu Bibiheybət prospektində yolun bir tərəfindən digərinə keçərkən qəfildən yerə yıxılıb.
 
Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının həkimləri onun infarktdan öldüyünü müəyyən ediblər.
cia.az