|
"Bu tarz benim"in yeni münsifləri bəlli oldu

"Bu tarz benim" proqramı "Show TV" telekanalından alınsa da, ad haqqının kanalda qaldığı haqqında xəbər vermişdik.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yarışma münsifləri ilə bir yerdə TV8-ə transfer olunduqdan sonra "Show TV" verilişi eyni adla, yeni münsiflərlə davam etdirmək qərarına gəlib. Telekanal son zamanlar çətin günlər yaşasa da, böyük büdcəli seriallara meydan oxuyan dəb yarışmasından vaz keçmək niyyətində deyil.

Belə ki, yanvarın 19-dan etibarən yayımlanacaq "Bu tarz benm"in aparıcısı Ebru Akel, yeni münsifləri isə modelyer Cəmil İpəkçi, model Umut Eker və dəb məsləhətçisi Sibel Arna olacaq.