|
Türkiyədə PKK-çılar həbs olundu
Türkiyənin Kars əyalətində PKK terror təşkilatına qarşı əməliyyat təşkil edilib. 

Musavat.com-un məlumatına görə, əməliyyatda 15 nəfər saxlanılıb. Daha sonra onlardan 5-i sərbəst buraxılıb. Digər 10 nəfər həkim müayinəsindən sonra məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbs edilib. 
 
Həbs edilənlər arasında HDP-nin məclis üzvü Ruhan Yıldırımın da olduğu bildirilir. 
cia.az