|
18 mərtəbəli binada yanğın oldu
Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda 18 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində 18 ədəd elektrik sayğacı və 20 p.m elektrik kabeli yanıb.
 
Elektrik sayğaclarının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
cia.az