|
İraq ordusunun komandiri: Döyüş gücünü itirən İŞİD kamikadzelərini "işə salır"

İŞİD terror təşkilatı əldən verdiyi Mosul kəndlərini bombalayır. 

Musavat.com-un məlumatına görə, bu barədə İraq ordusunun komandiri Amir Casim məlumat verib. 
 
O, bildirib ki, 23 kənd işiddən alınıb və alınan yaxın kəndlər İŞİD tərəfindən top zərbələrinə məruz qalır:“İŞİD Mosulda zəifləyib və savaş gücünü itirib. Buna görə də, məğlubiyyətin acısını bomba yüklənmiş maşınları və kamikadzeləri işə salmaqla çıxmağa çalışır. Bu isə irəliləməyimizi ləngidir. Hava qüvvələrindən də kifayət qədər dəstək verilmir. Lakin İŞİD Mosulda demək olar ki, tam təsirsiz hala gəlib”.
 
Qeyd edək ki, oktyabrın 19-u İraqda 4 partlayış baş verib.
 
cia.az