|
İmişlidə 4 otaqlı ev yanıb
İmişlidə yanğın hadisəsi qeydə alınıb.
 
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Gövhərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 91 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 12 m2 sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
cia.az