Bakıda yanğın hadisəsi qeydə alınıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı yaşayış evində qaz sobasının ətrafı 3 m2 sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan 3 otaqlı yaşayış evinin mətbəxinin tavanı 1 m2 sahədə yanıb.
Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
