Türkiyədə şəklini axtarışda olan İŞİD-çilər arasında görən şəxs məhkəməyə müraciət edib.
Musavat.com-un məlumatına görə, gaziantepli Bayram Yücel başına 300 min türk lirəsi qoyulduğunu deyib və küçəyə çıxmağa qorxduğunu bildirib: “Sosial şəbəkələrdə və televiziya kanallarında axtarışda olan kamikadzelər arasında öz şəklimi gördüm. Başıma 300 min lirə pul qoyulub. Mənim İŞİD-lə heç bir əlaqəm yoxdur. Dövlətimə, millətimə sadiq biriyəm. Vətəndaşlar tərəfindən linc edilə bilərəm. Küçəyə çıxmağa qorxuram”.
Əvvəlcə polis idarəsinə gedən B.Yücel haqqında arşdırma başladılıb. Lakin onun adının axtarışda olanlar siyahısında yer almadığı məlum olub. Sərbəst buraxılan vətəndaş adının İŞİD-in kamikadzeləri arasından çıxarılması üçün məhkəməyə müraciət edib.
