|
Göygöldə ana və iki azyaşlı uşağı dəm qazından zəhərlənib -

Göygöldə dəm qazından zəhərlənmə olub. Hhadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cia.az