|
“Charlie Hebdo”-ya hücum edənlərdən biri polisə təslim olub

Parisdə “Şarli Ebdo” jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinənlərdən biri polisə təslim olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 18 yaşlı Həmid Muraddır.

Qeyd olunur ki, adının sosial şəbəkələrdə hallandırılmasını görən H.Murad könüllü olaraq polisə təslim olub.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.