Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayip Ərdoğan aralarında baş tutmuş telefon danışığı zamanı İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatını müzakirə ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
“Danışıq zamanı Mosulun azad edilməsi əməliyyatına toxunulub, mötədil müxalifətin “Cəbhə ən-Nüsrədən” ayrılması müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
cia.az
