|
Burak Yılmaz Çindən ayrılır: Yeni komandası da bəllidir
Çində atdığı qollarla adından söz etdirən Burak Yılmaza Rusiyadan təklif var.
 
Musavat.com xəbər verir ki, iddialara görə, Avropa futboluna geri dönmək üçün can atan Burak Yılmaz bu təklifi qəbul edəcək. Ötən mövsüm Çin liqası komandalarından olan "Beijing Guoan"a transfer olan B.Yılmaz Çində göstərdiyi performansın ardından indi də rus klublarının hədəfinə çevrilib.
 
"Qalatasaray"a transfer olmadan əvvəl "Lokomotiv Moskva" ilə imza mərhələsinə gələn futbolçu ilə ən çox maraqlanan komanda yenə eyni klub oldu. Oumar Niasseni satdıqdan sonra qol yollarında çətinlik çəkən və yeni mövsümə pis bir başlanğıc edən Moskva klubu 31 yaşlı futbolçu üçün kisənin ağzını aça bilər.
 
Son günlərdə Türkiyə millisinə çağırılmaması ilə əlaqədar gündəmə gələn futbolçunun Rusiya liqasına transfer olmasının sürpriz olmayacağı deyilir. B.Yılmaz "Beijing Guoan" forması ilə çıxdığı 14 Çin liqası matçında 8 qol vurub.
cia.az