|
Britaniya Türkiyənin AB-ə üzvlüyünü dəstəkləyir
Böyük Britaniyanın Avropa Birliyindən çıxacağı halda Türkiyənin bu quruma üzvlüyünü dəstəkləyəcəyəm.
 
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
“Türkiyənin AB-yə üzv olmasını şiddətli şəkildə dəstəkləyirəm. Türklər də bunu istəyir. Doğrudur, son günlərdə onların fikrində bir az dəyişiklik olub. Lakin rəsmi Ankaranın üzvlüyündən əvvəl Böyük Britaniya AB-dən ayrılmaldır”, - Conson bildirib.