|
Palçığa batan təcili yardımın əvəzinə çağırışa FHN gedib
Lənkəranda təcili tibbi yardım çağıran vətəndaşın köməyinə FHN işçiləri çatıb.
 
Musavat.com-un məlumatına görə, bu barəqə FHN-in rəsmi saytında məlumat yer alıb. 
 
Məlumatda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhəri, Girdəni kəndində Təcili Tibbi Yardım Xidməti avtomobili vətəndaşın evinə gedən zaman yolda palçığa batması barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
cia.az