|
Putinlə Abadi Mosulu müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə İraq Baş naziri Heydər Abadi arasında telefon danışığı baş tutub.
 
Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
 
Tərəflərin Mosul əməliyyatı ilə bağlı fikir mübadiləsi apardığı bildirilib:
 
“Putin İraq ordusuna və onun müttəfiqlərinə hədəfə çatmaları üçün uğurlar arzu edib. Rusiya lideri beynəxalq terrorçuluğa qarşı mübarizə aparan və ölkəsinin suverenliyini qorumağa çalışan İraq rəsmilərinə dəstəyini ifadə edib”.
cia.az