Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Musavat.com xəbər verir ki, hadisə, Hənifə Ələsgərova küçəsindəki 20 saylı binanın 27-ci mənzilində qeydə alınıb. Adıgözəlov Bəxtiyar Adıgözəl oğlu sərxoş vəziyyətdə binanın ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb. B.Adıgözəlov qonşularının köməkliyi ilə xəstəxsanaya çatdırlıb.
Faktla bağlı araşdırma aparılır.
cia.az
