"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiyanın müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə oktyabrın 17-də Praqa şəhərinə səfərə gedib.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Tədbir çərçivəsində müdafiə naziri Z.Həsənov Çexiya Respublikasının müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər rəsmi görüşlər keçirəcək.
Cia.az
