|
Bakının bu küçə və prospektlərindən keçməyin

Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtın əsas küçə və prospektlərində sıxlıq yaranıb.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, səhər saat 10:00-a olan məlumata görə, hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sıxlığı Koroğlu Rəhimov küçəsində ( Prezident iqamətgahı istiqamətində), Moskva prospekti (20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospekti (şəhər istiqamətində), Yusif Səfərov küçəsində (Neftçilər xəstəxanasının qarşısında), Afiyəddin Cəlilov küçəsində, Ziya Bünyadov prospekti (Çermet körpüsünün üstündə) müşahidə olunur.

Cia.az