"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" qapıçısı Cessi Moulinlə müqaviləni yeniləyib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı qapıçısı ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, C.Moulin 2008-ci ildən "Sent-Etyen"də çıxış edir.
cia.az
