Yağışlı hava şəraiti, yollarda yaranan tıxaclar... Yəqin ki, bugünlərdə hamının əsəbi buna gedir. Belədə mənzil başına problemsiz çatan milyonerlərə, milyarderlərə qibtə edirik. Çünki onların özəl təyyarəsi, pilotları olur. Hava nəqliyyatından bol-bol istifadə edən bu kəsim osmanlı türkcəsindəki “vakit nakitdir” prinsipinə əməl edirlər.
Görüşlərə nə qədər vaxtında çatsalar, iş həyatının tempinə nə qədər çox uyğunlaşsalar, bir o qədər pul qazanmış olurlar çünki. Özəl təyyarə sevdası məşhurların təkcə bir-biri ilə rəqabət aparmasının nəticəsi deyil. Məşhurlar film, serial çəkilişlərinə, konsertlərə, siyasətçilər görüşlərə, iş adamları isə toplantılara vaxtında çatmaq üçün... bu nəqliyyat növünü tərcih edir.
Onlar uçmaq üçün milyonlar sərf edir
Özü də bu, xırda lüks sayılmır. Necə deyərlər, dünyanın pulu buna sərf olunur. Hələ bir neçə il əvvələ qədər Amerikanın daşınmaz əmlak maqnatı kimi tanınan, hazırda isə Amerika prezidentliyinə namizəd Donald Tramp özəl təyyarədən istifadə edirdi. Onun təyyarəsinin qiyməti 100 milyon dollara yaxın idi. Amma bu, siyahıdakı ilk və tək şəxs deyil. Digərlərinə nəzər salaq:
1. Aktyor Harrison Ford - “Cessna 680". Dəyəri: 18 milyon dollar
2. Rusiyalı milyarder Roman Abramoviç - “Boeing 767 -300". Dəyəri: 18 milyon dollar
3. Amerikalı milyarder Donald Tramp. “Boeing 757". Dəyəri: 95,8 milyon dollar
4. Teleaparıcı Opra Uinfri, müğənni Selin Dion, kinorejissor Stiven Spilberq - “Bombardier Global Express XRS”. Dəyəri: 42 milyon dollar
5. Aktyor Cim Kerri - “Gulfstream V”. Dəyəri: 59 milyon dollar
6. Qolfçu Tayqer Vuds - “Gulfstream G 550". Dəyəri: 53,5 milyon dollar
7. Aktyor Con Travolta. 7 təyyarəsi var: “Boeing 707", ”Bombardier Challenger 601", “Boeing 727" və 3 ”Gulfstream jets".
8. Aktyor Tom Kruz - “Gulfstream IV”. Dəyəri: 36 milyon dollar
9. ABŞ prezidenti Barak Obama - “Boeing 747-200B”. Dəyəri: 390 milyon dollar
10. Səudiyyə Ərəbistanının şahzadəsi Əl Valid bin Təlal əl Səud - “Airbus A 380", ”Boeing 747", “Airbus A321".
Özü öz təyyarəsini sürənlər də var
Məşhur Hollywood ulduzu Cohn Travolta ilə bağlı hazırlanan videosüjetlərdə də hər zaman bu cümlə yer alır: “Evindən çıxıb təyyarəsinə minir”. Onun reaktiv təyyarə ehtirası o qədər güclüdür ki, şərnişinlikdən pilotluğa yüksəlib. Travolta ilk şəxsi təyyarəsindən aldığı həzzə görə özəl pilot təhsili alıb. Hazırda yaxın dostlarını şəxsi təyyarəsi ilə gəzdirən film ulduzu “Boeing 707" markalı təyyarəsi üçün 5 milyon dollar xərcləyib.
Siyahıda yer alan aktyor Harrison Fordun isə bir neçə təyyarəsi var. “Indiana Cons” filmlərinin ulduzu eyni zamanda pilotluq sertifikatına sahibdir. Fordun təyyarələrindən biri “Cessna 680 Severeign”dir. Bu təyyarə 12 sərnişin potensialına sahibdir.
Milyoner Roman Abramoviçin dənizaltı gəmisi belə var. Ona görə də təyyarəsinin olması olduqca anlaşılandır. Rus iş adamının bir “Boeing 767- 300"ü var. Təyyarənin dəyəri təxminən 840 milyon dollardır. Abramoviçin ”Boeing 767"si tam olaraq bir sirdir. Ancaq təyyarənin içinin qızıldan olduğu məlumdur. Varlı iş adamı bacarıqlı futbolcularına hədiyyə olaraq bu təyyarə yuxu kimi bir gecə keçirmələrini təmin edir.
Amerika prezidentliyə namizədi ı Donald Trump 1968-ci il istehsalı olan “Boeing 727-23" markalı bir şəxsi təyyarə istifadə edir. Əmlak kralının bu təyyarəyə xərclədiyi pul gizlədilir. Ancaq 23 nəfərlik bu xüsusi təyyarənin ceyran dərisidən kresloları, kristaldan aksesuarları, məşhur rəssamların əlindən çıxmış yağlı boya tabloları və 23 karatlıq qızıl qaplama ilə yadda qalır. Təyyarənin üzərindəki Tramp loqosu bu məxfiliyi pozmağa bəs edir. 100 milyon dollar dəyərindəki təyyarə Trampın ikinci evi kimidir.
“Microsoft”un qurucusu Bill Qeyts sıx iş və konfrans tempini qarşılamaq üçün Tokiodan Nyu-Yorka qədər eniş etmədən gedən bir reaktiv təyyarə istifadə edir. 8 nəfərlik “Bombardier BD-700 Global Express” markalı bu şəxsi təyyarə Qeytsin texnologiya ehtiyacları üçün hazırlanmışdır. Təyyarənin yenilənmədən əvvəlki qiyməti 40 milyon dollar olub.
Dünyanın bəlkə də ən məşhur şəxsi təyyarəsi Amerika prezidentləri üçün istehsal edilən “Air Force 1"dir. Qitələrarası səfərlər üçün hazırlanan bu təyyarədə prezident üçün bir yığıncaq otağı, duş, yataq, qonaqlar üçün xüsusi otaq və dövlət liderlərinin birlikdə axşam yeməyi üçün lüks bir restoran var. Hər zaman bir qrup reaktiv təyyarə tərəfindən mühafizə edilir. Lazım olduğunda günlərlə ölkə başçının ölkəni havadan idarə etməsini təmin edən bu təyyarə siyahımızda yer alan ən bahalı şəxsi təyyarələrdən deyil. Çünki bu ünvana çox daha xüsusi bir reaktiv təyyarə sahibdir.
Özəl təyyarəsi olanlar bunu mütləq bilir
Musavat.com mövzu çərçivəsində özəl təyyarələrin növləri və bu mövzudakı bəzi detalları da öyrənib. Məlum olub ki, jetlər ümumən 4 fərqli kateqoriyadan ibarətdir: yüngül jet, orta jet, ağır jet və vip hava yolu təyyarələri.
Haqqında danışdığımız əsas kateqoriyalar eyni zamanda super yüngül, super orta və çox uzun məsafəli təyyarələr kimi əlavə bəndlərə də ayrılır. Bu təyyarələr kabinənin ölçüsünə görə kateqoriyalaşdırıldığı üçün insanlar bəzən onları almaq yerinə kirayələməyə üstünlük verirlər.
Özəl təyyarəsi olan şəxslərin əməl etməli olduğu bəzi şərtlər var. Belə ki, gedəcəyiniz yerin istiqamətini müəyyənləşdirəndən sonra getmək istədiyiniz ölkənin eniş icazəsi və üzərindən keçdiyiniz ölkələrin də icazəsini həll etməlisiniz. Təyyarə və ya jet kirayəsində lazımlı bütün prosedurlar və şərtlər həyata keçirilməlidir. Çünki hətta kiçik bir problem də səfərin təxirə düşməsinə səbəb ola bilər.
Özel jetler uçuş əsnasında sərnişinlərinə duş otaqları, yataq otaqları, özəl kabinələr və internet kimi xüsusi xidmətlər təqdim edərək komfortlu və rahat bir səfər seçimi yaradır.
Özel jet kirayəsi sistemində istifadəçilərə adətən paket təklif edilir və “hər şey daxil” sistemi tətbiq olunur. İnsanlar kirayələmək istədiyi jetin tipinə və özəlliyinə baxaraq müəyyən edilmiş saatbaşı kirayə haqqını ödəyirlər. Özəl yemək sifarişi və internet kimi özəl istəklər də kirayə haqqının üzərinə əlavə edilir.
5 milyonluq təyyarənin 1/10 hissəsini satın almaq mümkündür
Təyyarə almaq məsrəfinə girmək istəməyən bir çox iş adamı və ya şirkət Avropa, Amerikada “Təyyarədə qismən mülkiyyət” sistemindən istifadə edir. Bu sistem insanların illik gerçəkləşdirəcəyi uçuş sayına, onun ehtiyaclarına uyğun olaraq təyyarənin bəlli miqdarda hissəsini satın almaq mənasına gəlir. İnsanlar belə bir investisiya qoyuluşu ilə təyyarənin bəlli bir qisminə sahib olaraq, səyahətlərini də bu minvalla gerçəkləşdirirlər.
Məsələn, 5 milyon dollarlıq bir təyyarənin 1/10 hissəsini 500 min dollara satın almaq mümkündür. Bunun qarşılığında ildə 50 saat uçuş haqqı qazanmaq olur. Bu da insanlara başqa heç bir maliyyəyə girmədən təyyarə sahibi olma üstünlüyünü təqdim edir və istədiyi zaman səyahət etmə imkanı təmin edir. Sərnişin arzuladığı halda təyyarədəki hissəsini sata bilir.
musavat
