Türkiyənin Tunceli vilayətinin Kutudərə vadisində təhlükəsizlik qüvvələri tərəfindən aparılan əməliyyatlar nəticəsində 10 PKK-çı öldürülüb.
Axar.az xəbər verir ki, 1 terrorçunun yaralı olaraq ələ keçirildiyi bildirilib.
Məlumata görə, öldürülənlər arasında qruplaşmanın müxtəlif bölgələr üzrə liderləri də olub.
Hazırda əməliyyatlar davam edir.
cia.az
