|
Rusiya Hələbə hücumları dayandırır
Rusiya və Bəşər Əsəd ordusu Hələbə hücumları dayandırır.
 
Axar.az xəbər verir ki, verilən məlumatda hücumların 20 oktyabrda 8 saatlıq bir müddətə dayandırılacağı bildirilib.
 
Bu müddət ərzində vətəndaşların şəhəri tərk etmələri üçün 6 dəhliz yaradılacaq.
 
Fasilə 20 oktyabr tarixində saat 08:00-dən 16:00-dək qüvvədə olacaq.