|
BMT: Mosulu 100 min nəfər tərk edə bilər
Mosulda hərbi əməliyyat  100 min iraqlının  Türkiyə və Suriya ərazisinə keçməsinə səbəb ola bilər.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı Filippo Qrandi bəyan edib.
 
"Mosulun azad edilməsinə yönələn əməliyyat zamanı mülki əhalinin müdafiəsi hərbi strategiyanın mühüm hissəsi olmalıdır", deyə F.Qrandi bildirib.
 
Bundan əlavə F.Qrandi əhalinin ərzaq böhranı ilə üzləşə biləcəyi ilə bağlı narahatlıq ifadə edib. 
cia.az