Türkiyə Respublikasının ən böyük turizm şirkəti olan “Metro Turizm Şirkəti” muxtar respublikada fəaliyyətə başlayıb.
NAXCİVANXEBERLERİ.COM xəbəbr verir ki,bu şirkət muxtar respublikadan Türkyə Respublikasının bütün şəhərlərinə və ordan geriyə sərnişindaşıma fəaliyyətini həyata keçirəcək.
Bu şirkətin fəaliyyətə başlaması muxtar respublikada turizmin inkişaf etdirilməsinə şərait yaradacaq. Çünki bu şirkətin Türkiyə ilə yanaşı bir neçə digər xarici ölkələrdə də sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Sərnişindaşımada ən son model 20 avtobusun gücündən istifadə edən şirkət gündə 7 dəfə qonşu Türkiyə Respublikasının İstanbul, Ankara, Ərzurum və İğdır şəhərlərinə və geriyə reyslər təşkil edəcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Metro Turizm Şirkəti ilə razılaşmasına əsasən gündə bir reys də Gürcüstanın Acarıstan Muxtar Respublikasını Batumi şəhərinə işləyəcək.
Naxçıvan avtovağzalından hərəkət edəcək avtobuslar üçün də yerlər ayrılıb. Həmçinin burda şirkətin ofisi və bilet satış yerləri də təşkil olunub. Qeyd edək ki, muxtar respublikada Türkiyə Respublikasına məxsus digər bir şirkət olan "İğdırlı Turizm Şirkəti” də qonşu ölkəyə və geriyə sərnişin daşıma xidməti göstərir.
cia.az
