Mosulu bir qrup sünni qruplaşmasından və İŞİD-dən azad etmək üçün aparılan əməliyyatla bağlı beynəlxalq toplantı keçiriləcək.
Axar.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyindən əldə edilən məlumatda 12 ölkənin müdafiə nazirlərinin Mosula görə bir araya gələcəyi bildirilib. Toplantı Fransada keçiriləcək.
Qeyd edək ki, İraq və peşmərgə qüvvələri ötən gündən etibarən Mosulu nəzarət altına almaq üçün əməliyyata başlayıblar.
cia.az
