|
Bakıda 56 yaşlı kişini maşın vurdu
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Musavat.com xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Mayak qəsəbəsi ərazisində Bakıxanov qəsəbəsinin sakini, 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü avtomobili ilə birlikdə hadisə yerini tərk edib. Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. 
 
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması və sürücünün məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
cia.az