Mosulda hərbi avtomobillərdən ibarət karvanın keçdiyi əsnada partlayış baş verib. Nəticədə avtomobil havaya uçub. İlkin məlumata əsasən partlayış nəticəsində 70 İraq əsgərinin öldüyü bildirilir.
Avropa.info xəbər verir ki, hadisə Mosulun şərqində baş verib. Əvvəlcədən yerə döşənmiş minalar əməliyyatda iştirak etmək üçün gedən avtomobil karvanının keçiş anında partlayıb. Rusiyanın Sputnik agentliyinin yaydığı məlumata görə, partlayışı İŞİD təşkil edib.
cia.az
