|
Kürdəmirdə 4 otaqlı ev yanıb
Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.
 
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 və eyvanın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
cia.az