|
ABŞ: Suriya hökumətinə qarşı döyüşənlərə hərbi ləvazimat vermirik
Suriya hökumətinə qarşı döyüşənlərə hərbi ləvazimat vermirik.
 
Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Adrian Rankin-Qollivay deyib.
 
“Pentaqon İŞİD-ə qarşı mübarizə aparmağı hədəfləyib və suriyalı müxalifləri silah-sursatla təmin etmir”, - deyə Pentaqon rəsmisi bildirib.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hələbdəki müxaliflərin ABŞ-dan müasir sistemlərə malik silahlar aldığını iddia edib. 
cia.az