Moskva və Dəməşq arasında Rusiyanın Tartusda yaratmaq istədiyi hərbi donanması ilə bağlı imzalanacaq müqavilənin detalları ictimaiyyətə bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA-Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Tərəflər arasında müqavilə 49 il müddətinə imzalanacaq. Müqavilə ratifikasiya olunması üçün Dumaya bir ay ərzində verilə bilər.
Qeyd edək ki, bundan öncə Rusiya Tartus yeni hərbi dəniz bazası yaratmaq istədiyini bəyan edib. Bu baza SSRİ-nin Suriyadakı bazası üzərində qurulacaq.
