Parisdə “Charlie Hebdo” satirik qəzetinin ofisində atışma nəticəsində ən azı 11 nəfər ölüb. Bu barədə Le Parisien nəşri məlumat yayıb.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, maskada olan naməlum şəxslər avtomatik silahlardan atəş açıblar. Qəzetin bəzi əməkdaşları binanın damında gizləniblər.
Xatırladaq ki, öncə “Charlie Hebdo” qəzetində İslam dini və Məhəmməd Peyğəmbəri təhqir edən karikaturalar yer almışdı.
