|
İraqda 400 ərəb əşirəti Türkiyəni Mosul əməliyyatına dəvət etdi
İraqın müxtəlif  bölgələri  və Mosuldan olan   400 sünni  əşirətinin lideri Ərbildə Türkiyənin İraq məsələsində tuduğu mövqeni dəstəkləmək üçün  Ərbildə toplantı keçiriblər.
 
Avropa.info xəbər verir ki, əşirət liderləri toplantıda  Türkiyəni İraqa dəvət ediblər. Toplantıdan  sonra yayılan bəyanatda İraqın baş naziri Heydər əl İbadi məzhəbçilikdə ittiham olunub.
 
” İraq baş naziri və parlamentini iraqlılara hər zaman hərbi təlim, humanitar yardımları ilə əl uzadan qonşu ölkə Türkiyəyə qarşı tutduğu ədalətsiz davranışlardan dolayı qınayırıq. Hazırkı İraq parlamenti bölücüdür, Türkiyə isə hər zaman iraqlıların yanında olub. İraq baş naziri İbadi çirkin açıqlama və qərarlar yerinə Türkiyəyə təşəkkür etməli idi. İbadi isə bizə hər zaman dayaq olmuş qardaş ölkə Türkiyəyə qarşı axmaqlıq və nankorluq etdi
 
İraq hökuməti və parlamentini  İrandan gəlmə  şiə silahlı qrupları  və bu qrupların  İraqın daxili işlərinə necə müdaxilə etməsi maraqlandırmır,  amma, Türkiyənin tarixi mövqeyinə qarşı çıxır.  İranlı general Qasım Süleymanı və onun şiə qruplaşmalarının Səlahəddin, Diyala, Kərkük və Bağdadda  sünni iraqlıların cəsədləri üzərində rəqs etməsi və xarici ölkələrin  İraqın  daxili işlərinə qarışması hökumətin tükünü belə tərpətmir, amma  Türkiyəyə  qarşı düşməncəsinə davranırlar.
 
Biz  ərəb tayfaları  olaraq  Türkiyənin sonuna qədər yanındayıq və  Mosulda  İrana bağlı şiə qriplarının olmasına əsla izn vermərik. İraq dəstəkli koalisiyanın Mosulda sünni qətliamı həyata keçirmək istədiyini bilirik. Bunun səbəbkarı isə baş nazir İbadi və keçmiş baş nazir Malikidir. Biz Türkiyənin Mosul əməliyyatına müdaxilə etməsini qətiyyətlə istəyir və bunu bütün dünyaya bəyan edirik” deyə əşirət liderləri yaydığı bəyanatda bildirirlər.
Cia.az