|
Manat əksər xarici valyutalara qarşı bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə  müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,25% ucuzlaşaraq 0,5158 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9419 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6747 manat təşkil edib.
Cia.az