|
Qubada 37 yaşlı kişi borca görə bıçaqlandı
Bu gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir neçə bıçaq xəsarəti alan rayonun Alekseyevka kənd sakini, 1979-cu il təvəllüdlü İsrafilov Oqtay Zərifşah oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan O.İsrafilovun vəziyyəti orta ağırdır.
 
Bıçaqlanmanın borc üstündə baş verdiyi bildirilir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
cia.az