|
Poroşenko, Merkel və Olland arasında telefon danışığı oldu - “Normand formatı” müzakirə edildi
Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.
 
APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
 
Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən  məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.
 
“Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya)  müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr  müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı  "Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, məlumatda qeyd olunur. 
cia.az