|
Daşqınlar 21 nəfərin həyatına son qoydu

Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfərin həlak olduğu bildirilir. 

 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 8 nəfər itkin düşüb. Ölkənin təbii fəlakətlərin qarşısının alınması Komitəsinin hesabatına əsasən, həlak olanların əksəriyyəti Vyetnamın mərkəzində yerləşən Kuanqbin əyalətinin sakinləri olub. İlkin məlumatlara görə, daşqınlar zamanı 7 ev dağılıb, 100 minə yaxın evi su basıb. 
 
Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir.
cia.az