Misir və Rusiya ortaq hərbi təlim keçirir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Misir Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Səmir verib. Rusiya ordusunun Matruh mahalına gəlməsindən sonra başlanan hərbi əməliyyatda 30 hərbi təyyarə, 700-dən çox əsgər iştirak edir.
Hərbi təlimlərin 26 oktyabra qədər davam edəcəyi bildirilib.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Misirdə hərbi bazalar icarəyə götürəcəyi barədə məlumatlar yayılmış, ölkə lideri Əbdülfəttah Sisi isə bunu təkzib etmişdi.
cia.az
