|
Qəbələdə yeniyetməni maşın vurdu, ağır vəziyyətdə Bakıya gətirildi
Qəbələ-Bakı magistral avtomobil yolunda piyada vurulub. 
 
Musavat.com xəbər verir ki, 12 yaşlı Fərzəliyev Rahim Rövşən oğlu magistral yoldan keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal sürücünün köməkliyi ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
 
R.Fərzəliyevin vəziyyəti ağır olduğundan onu Bakıya 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar.
 
Qəbələ Rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.
cia.az