Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, Mehdiabad qəsəbəsində piyada vurulub.
1965-ci il təvəllüdlü Mirzəyev Hafiz Budaq oğlu yolu keçərkən "Ford" markalı yük avtomobili onu vurub. H. Mirzəyev qonşuların köməyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, qəzanı törədən yük avtomobilinin sürücüsü ölən piyadanın qonşusudur.
Faktla bağlı araşdırma aparılır.
cia.az
