|
İmişlidə zəlzələ oldu

Bu gün İmişlidə zəlzələ baş verib.

Virtualaz.org Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 11:52:20-də, Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ İmişlidə 4.0, episentrə yaxin digər ətraf rayonlarda isə 3.0 bala qədər hiss olunub.

Dağıntı barədə məlumat yoxdur.

cia.az