|
Rusiya XİN: Suriya üzrə danışıqlarda Misir, İraq və İran da iştirak etməlidir

“Rəsmi Moskva oktyabrın 15-də İsveçrənin Lozanna şəhərində keçiriləcək Suriya toplantısında Misir, İraq və İranın nümayəndələrinin də iştirakının vacibliyini irəli sürüb”.

“RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə Rusiya Xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Boqdanov həmçinin qeyd edib ki, Suriya münaqişəsinin həlli prosesində əsasən, suriyalılara təsir edə biləcək ölkələr iştirak etməlidir.

Cia.az