|
Tailandda qara rəngdə geyim çatışmazlığı yaranıb

Tailand hökuməti ciddi-cəhdlə qara rəngdə geyimlərin qiymətinin əvvəlki səviyyədə saxlanılmasına çalışır.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Tailand Ticarət Nazirliyi vəfat etmiş kral Pxumipon Adulyadetə matəmlə bağlı böyük tələbatla qarşılanan qara rəngdə geyimlərə istehsalçılar tərəfindən qiymətlərin qaldırılmaması ilə bağlı xəbərdarlıq edib.

Eyni zamanda, hökumət xəbərdarlıq edib ki. bu malların çatışmazlığı hiss oluna bilər.

Cia.az