|
Lavrov Çavuşoğlu ilə görüşəcək
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İsveçrənin Lozanna şəhərində ABŞ dövlət katibi Con Kerri və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşə bilər.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.
 
Qeyd edək ki, bu gün İsveçrənin Lozanna şəhərində ABŞ, Rusiya və bir sıra ölkələrin iştirakı ilə Suriyaya dair görüş keçiriləcək. Çoxtərəfli danışıqların əsas mövzusu kimi Suriyada atəşkəs rejiminə nail olunması göstərilir.
Cia.az