|
Holland futbolçu: “Sevgilimi qısqanıram” -

“Fənərbaxça”nın Holland futbolçusu Qreqori van der Vil və sevgilisi Roz Bertramla birlikdə İstanbulda əyləncə məkanlarından birində görünüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futboçu sevgilisini qısqandığını söyləyib:

“Rozu sevirəm və hər kişidə olduğu qədər mən də qısqancam”.

Qreqori geyimlə bağlı suallara isə belə cavab verib:

“Geyimlərimi özüm seçirəm. Roz heç vaxt mənim seçimimə qarışmaz, mən də ona qarışmaram. Beləliklə aramızda heç bir narazılıq olmur”.

R.Bertram da sevgilisinin dediyi bütün sözlərə qatıldığını bildirib.



 
Cia.az