|
“Qarabağ” - PAOK oyununun biletləri bazar ertəsi satışa çıxacaq

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək. 

Klubun saytında yerləşdirilmiş məlumata görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN

13 və 16 nömrəli sektorlar - 10 AZN

14 və 15 nömrəli sektorlar - 20 AZN

VİP - 50 AZN

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Cia.az