|
“Traviata” operası yenidən səhnədə

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova rol alacaq.

Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Cia.az