|
Dollar bu gün neçəyədir? - rəsmi valtuya məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,1% ucuzlaşaraq 1,5970 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,02% möhkəmlənərək 1,7613 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 13-ü ilə  müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% ucuzlaşaraq 0,5171 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9481 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,74% ucuzlaşaraq 0,6724 manat təşkil edib
cia.az